Aİ Ukraynaya maliyyə dəstəyini dayandırıb | VİDEO

   Aİ Ukraynaya maliyyə dəstəyini dayandırıb    | VİDEO
  29 İyul 2025    Oxunub:670
Avropa İttifaqı Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya (İAP) ilə bağlı vəziyyətə görə Ukraynaya maliyyə yardımında pauza elan edib.
AzVision.az xəbər verir ki, Ukraynanın “Ekonomiçeskaya pravda” nəşrinin yazdığına görə, vəziyyət düzələnə qədər Aİ bu yardım çərçivəsində hər şeyi dayandırıb.

“Söhbət ERA proqramı (dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə təcili kreditləşdirmə proqramı) çərçivəsində ilin sonuna qədər 17,2 milyard avro, “Ukraine Facility” proqramı kontekstində isə 12,5 milyard avro məbləğində yardımdan gedir”, - xəbərdə deyilir.

The Economist: “Zelenski starteji səhv buraxıb” | VİDEO
Xatırladaq ki, UMAB-ın və İAP-ın müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun iyulun 22-də qəbul edilib. Volodimir Zelenskinin iddiasına görə, bu addım sözügedən strukturları, ilk növbədə, Rusiyanın xarici təsirlərindən təmizləmək üçün zəruridir. ABŞ və Avropa İttifaqı (Aİ) Ukrayna hakimiyyətinin qərarını tənqid edib.

Qanunun qəbulu Ukraynada yaşanan etiraz aksiyalarına paytaxt Kiyevin meri Vitali Kliçko da qoşulub. Bu narazılıqlar fonunda Volodimir Zelenski Ali Radaya UMAB və İAP-ın müstəqilliyi ilə bağlı qanun layihəsi təqdim edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   yardım  



Xəbər lenti